Yunanıstanın Azərbaycandakı səfiri Lerik rayonunda olub

Yunanıstanın Azərbaycandakı səfiri Lerik rayonunda olub

Bu gün Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsounqas cənub bölgəsinə səfəri çərçivəsində Lerik rayonunda olub. Səfər zamanı səfir Dimitrios Tsounqas Lerik şəhərində Heydər Əliyev Mərkəzində, rayon tarix-diyarşünaslıq muzeyində, Uzunömürlülər Muzeyində nümayiş etdirilən eksponatlara, rayon mədəniyyət evində təşkil olunmuş sərgiyə baxıb.

Yunanıstanlı diplomat ilə Lerik Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qonağa rayonun sosial-iqtisadi, mədəni inkişafı haqqında ətraflı məlumat verilib. Azərbaycan ilə Yunanıstan arasında dostluq münasibətlərinin gündən-günə gücləndiyi, iki dövlətin əməkdaşlığının inkişaf etdirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin qurulması üçün yaxşı imkanların mövcud olduğu bildirilib.

Səfir Dimitrios Tsounqas Azərbaycanda gedən sosial-iqtisadi inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını vurğulayaraq, bu prosesin Lerik rayonuna da təsirsiz ötüşmədiyini diqqətə çatdırıb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə yunanıstanlı qonağa Lerik rayonuna məxsus xalq tətbiqi sənəti nümunələri hədiyyə edilib.

Rayonun bir sıra yaşayış məntəqələri ilə tanış olan səfir Dimitrios Tsounqas Lerikin füsunkar təbiətinin onu valeh etdiyini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə