Bəzi avtomobillərə taksi kimi istifadə etməyə icazə verilmir

Bəzi avtomobillərə taksi kimi istifadə etməyə icazə verilmir

Şəmkir rayonunda vergiyə cəlb olunan taksilərin sayında artım müşahidə olunur. Bununla yanaşı texniki göstəriciləri günün tələblərinə cavab verməyən avtomobillərin taksi fəaliyyəti ilə məşğul olmasına məhdudiyyətlər qoyulur. Dövlət Avtomobil Xidmətinin Şəmkir Regional şöbəsinin rəisi Qafar Qarayevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, rayon ərazisində 500-ə yaxın taksi olduğu halda, ay ərzində onların maksimum 300-ü fərqlənmə nişanı alır. Şöbə rəisi məhkəmə icraçılarının yazılan cərimələrin ödənilməsini təmin etmədiklərini deyir.

Qeyd edək ki, Şəmkirdə Sovet istehsalı olan və hazırda taksi xidməti göstərən bəzi avtomobillərə lisenziya verilmir. Buna səbəb isə həmin nəqliyyat vasitələrinin günün tələblərinə cavab verməməsidir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə