Bu da payız sessiyasının ilk iclasında müzakirə olunacaq məsələlər

Bu da payız sessiyasının ilk iclasında müzakirə olunacaq məsələlər

Milli Məclisin sentyabrın 30-da keçiriləcək payız sessiyasının ilk plenar iclasının gündəliyinə 37 məsələ daxil edilib. SİA-nın xəbərinə görə, gündəliyə parlamentin 2014-cü il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, Cinayət Prosessual, Ailə və İnzibati Xətalar məcəllələrinə müxtəlif dəyişikliklər, "Yol hərəkəti haqqında", "Poçt haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", Hərbi qulluqçuların statusu haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" və daha bir neçə qanunlara əlavə və dəyişikliklər daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə