“Güclü Təhsil, Güclü Gənclik, Güclü Gələcək” layihəsinin açılış mərasimi olub
Bu gün "Yeni Gələcək Gənclərin Maarifləndirilməsi İctimai Birliyi"nin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AGF) maliyyə dəstəyi ilə həyata keçirdiyi "Güclü Təhsil, Güclü Gənclik, Güclü Gələcək" layihəsinin açılış mərasimi olub. SİA-nın məlumatına görə, tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, AGF-nin sektor müdiri Vaqif Seyidbəyli, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov və gənclər iştirak edib.
Tədbiri giriş sözü ilə açan təşkilatın baş katibi Ağamir Ağamirov təşkilatın fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verib, "Güclü Təhsil, Güclü Gənclik, Güclü Gələcək" layihəsinin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən AGF-nin sektor müdiri Vaqif Seyidbəyli təşkilatın həyata keçirdiyi layihələrin əhəmiyyətindən danışıb, yeni layihənin icrasında uğurlar arzulayıb.
.Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və Nərimanov Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov layihə barədə fikirlərini bölüşüblər.
Mərasim "Şəxsi İnkişaf, PR Menecer" mövzuları ətrafında baş tutan müzakirələrlə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB