Bakı və Abşeron yarımadasında sentyabrın 23-ü axşamdan başlayaraq 24-ü gündüzədək cənub-qərb küləyinin güclənəcəyi, 24-də axşama doğru şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, sentyabrın 25-i gündüzədək güclü küləkli hava davam edəcək. Şimal-qərb küləyinin bu müddət ərzində arabir güclənəcəyi gözlənilir.
Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında gündüz havanın temperaturunun 30-35 dərəcə olacağı, dağlıq rayonlarda 21-26 dərəcəyədək yüksələcəyi, ayın 25-də temperaturun 5-10 dərəcə enəcəyi gözlənilir.
Sentyabrın 25-də yağış yağacağı ehtimal olunur. Sentyabrın 24-də havanın temperaturu 28-33 dərəcəyə yüksələcək. Sentyabrın 25-də isə temperatur 5-10 dərəcə enərək gündüz saatlarında 20-23 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 23-də gecəyə doğru bəzi rayonlarda cənub-qərb və qərb küləyinin güclənəcəyi, 24-ü gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, 25-i gündüzədək güclü küləkli hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır. Bəzi Kür vadisi rayonlarında, eyni zamanda, Böyük və Kiçik Qafqazın ayrı-ayrı ərazilərində küləyin ani maksimal sürətinin daha da güclənəcəyi ehtimal olunur.
Sentyabrın 24-ü axşamdan 26-sı gündüzədək şimşək çaxacağı, yağış yağacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda yağışın daha da güclü olacağı gözlənilir. Bəzi qərb rayonlarında dolu düşəcəyi ehtimalı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB