MQF-nin sədri: "Bəzi dövlət qurumları hesabatlılığı tam təmin etmir"
"Milli QHT Forumu ilk vətəndaş QHT hərəkatını yaradan təşkilatdır. Hər zaman ictimai nəzarətin şəffaflıq nümunəsi olmuşuq. Təşkilatımız bu gün də ənənəsinə sadiqdir. Əgər hər hansı bir təşkilat fəaliyyət göstərib qrant alırsa, o zaman həmin qurum mütləq şəkildə fəaliyyətini həm ictimaiyyətə, həm də mediaya hesabat şəklində təqdim etməlidir. Cəmiyyət də həmin təşkilatın hansı layihənin vasitəsilə nə qədər qrant alıb və onu necə icra edib. Bununla da gələcəkdə həmin təşkilat dövlət qurumlarından şəffaflıq tələb etdikdə özü nümunə olmalıdır. Əgər özü nümunə olmasa, heç kimdən şəffaflıq tələb edə bilməz". Bu fikirləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib.
O bildirib ki, bu sahədə hər zaman inkişafın islahatlarının tərəfdarıdır: "Yəni, hər hansı bir nöqsanlar varsa, bununla bağlı monitorinqlər aparılır. Düzdür, QHT-lər audit xidmətlərindən istifadə edə bilmirlər, çünki bunun üçün onların büdcələrində kifayət qədər vəsait yoxdur. Lakin dövlət qurumları ildə bir-iki dəfə audit xidmətlərindən istifadə edərək nəticələri ictimaiyyətə təqdim edirlər. Odur ki, bu kimi məsələlər daha genişlənməlidir. Qeyd etmək lazımdır ki, bir çox dövlət təşkilatları öz saytlarında illik hesabatlarını yerləşdirirlər. Ancaq bəziləri isə hesabatlılığı kifayət qədər təmin etmirlər. Bu nöqteyi-nəzərdən QHT-lər onlarla sıx əlaqədə əməkdaşlıq etməlidir. Hesab edirəm ki, istər beynəlxalq, istərsə də dövlət qurumlarından, milli sahibkarlardan hər hansı bir formada qrant dəstəyi alan QHT-lər tam şəffaf olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB