"Sirena Motors" MMC-nin lotereyalarına inanmayın!

"Sirena Motors" MMC-nin lotereyalarına inanmayın!

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) "Lotereyalar haqqında" qanuna və öz Əsasnaməsinə müvafiq olaraq lotereyaların təşkili və keçirilməsi sahəsində münasibətlərin dövlət tənzimlənməsini həyata keçirən icra hakimiyyəti orqanı olaraq bu istiqamətdə mütəmadi nəzarət tədbirlərini davam etdirir. Komitədən SİA-ya verilən xəbərə görə, QKDK tərəfindən keçirilmiş nəzarət tədbirləri nəticəsində bəzi Çin avtomobil markalarının Azərbaycandakı rəsmi nümayəndəsi olan "Sirena Motors" MMC tərəfindən stimullaşdırıcı lotereyanın keçirilməsinə hüquq əldə edilmədən başlanılması aşkar edilib.

QKDK "Sirena Motors" MMC tərəfindən keçirilən lotereyanın qeyri-qanuni olduğunu bildirir və vətəndaşları bu lotereyada iştirak ilə bağlı diqqətli olmağa dəvət edir.

Bütün xəbərlər Facebook səhifəmizdə