Kamran Əliyev: “Avtomobillərin axtarışda olub-olmaması yoxlanılır”
"Avropadan oğurluq maşınların gətirildiyi ölkələr arasında Azərbaycanın da adı çəkilir. Amma xarici dövlətlərdən gətirilən avtomobillərin qeydiyyata alınması zamanı həmin avtomobillərin axtarışda olub-olmaması yoxlanılır".
Bu fikirləri SİA-ya açıqlamasında Baş Dövlət Pol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib.
Avropadan oğurlanan maşınların Rusiya, Qazaxıstan, Çinlə bərabər Azərbaycana gətirildiyi ilə bağlı xarici telekanalların səsləndirdiyi iddialara cavab verən K.Əliyev qeyd edib ki, bununla bağlı il ərzində cəmi 7 belə fakt aşkarlanıb: "O da Dövlət Yol Polisinin Almaniyaya göndərdiyi sorğu əsasında müəyyəyənləşdirilib ki, həmin avtomobillər Almaniyada axtarışdadır. Ümumiyyətlə, bir daha qeyd edirəm ki, xarici ölkələrdən Azərbaycana avtomobil gətiriləndə həmin nəqliyyat vasitəsinin axtarışda olub-olmaması yoxlanılır. Avtomobilin axtarışda olub-olmaması əgər interpol vasitəsilə deyilməyibsə, bu halda həmin avtomobilin gətirdildiyi ölkəyə sorğu verilir və sorğu əsasında müəyyən edilir ki, bu avtomobil axtarışdadır yoxsa yox".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB