Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometrologiya Departamentindən SİA-ya verilən məlumata görə, şimal küləyi 9-14 m/s olacaq, gecə arabir 16 m/s-dək güclənəcək. Temperatur gecə 17-20° isti, gündüz 20-27° isti, Bakıda gecə 17-19° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s olacaq. Temperaturu gecə 10-15° isti, gündüz 25-30° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperatur gecə 4-9° isti, gündüz 12-17° isti təşkil edəcək.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturu gecə 12-17° isti, gündüz 24-29° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman alacaq. Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperatur gecə 10-15° isti, gündüz 20-25° isti təşkil edəcək.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Temperaturu gecə 13-18° isti, gündüz 26-31° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-şərq küləyi 5-10 m/s, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperaturu gecə 16-19° isti, gündüz 24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti təşkil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB