Saatlı rayon İcra Hakimiyyətindən Saatlı rayon sakini Amaliya Əliyevanın ittihamlarına cavab verilərək bildirilib ki, 17 sentyabr 2014 -cü il tarixdə saat 17:30 radələrində Saatlı rayonunun Mollavazlı kənd sakini Əliyev Vahid Ağabəy oğlu ailə üzvlərinə məxsus şəxsiyyət vəsiqələrini Azərbaycan Respublikası Prezidentinin ünvanına göndərməklə təhlükəsizliyinin təmin edilməsi məqsədilə yazmış olduğu müraciətlə bağlı rayon İcra Hakimiyyətinin inzibati binasının 2-ci mərtəbəsindəki qəbul otağında arvadı Amalya Əliyeva ilə birlikdə qəbul olunarkən V.Əliyev müzakirə getdiyi vaxtda oturduğu yerdən qalxaraq yazmış olduğu müraciətin baxılmaq üçün rayon icra hakimiyytinə göndərilməsinə etiraz edərək dövlət hakimiyyəti və İcra-idarəetmə orqanlarının nümayəndələrinin ünvanına təhqiramiz ifadələr işlədərək otaqdakı bir neçə stolu özünün əl-ayaqları ilə vurub yerə dağıdaraq otaqda ictimai qaydanı kobud şəkildə pozub. Onun qanunsuz hərəkətlərinin qarşısını alıb sakitləşdirmək istəyən RİHB-nın Mollavazlı kənd İ.Ə.D.-si üzrə nümayəndəsi Dədəkişiyev Əhməd Behtulla oğlunun yaxasından tutub itələyərək yumruqla qarın və ayaq nahiyəsindən vuraraq, arvadını da qabağına salaraq qəbul otağından çıxmağa başlayıb.
Qəbulda iştirak edən Saatlı RPŞ-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis polkovnik-leytenantı Hacı Əhmədovun, şöbənin CAB-nın baş əməliyyat müvəkkili, polis mayoru Aydın Əhmədovun, şöbənin sahə inspektorları Rövşən Hüseynovun və Qorxmaz Mirzəyevin onu nizam-intizama dəvət etmələrinə baxmayaraq qəbul prosesini pozaraq təhqiramiz ifadələrini davam etdirməklə zalı tərk etmişdir. İnzibati binanın 1-ci mərtəbəsində eyni əməllərinin davam etdiyini görən, növbətçi polis əməkdaşı Kərimov Yaşar Süleyman oğlu onu sakitləşdirməyə çalışsa da, polis əməkdaşını da itələməklə binanı tərk edib. Həmin vaxt 15-20 dəqiqə müddətində İcra Hakimiyyətində iş rejimi pozulub.
Baş vermiş insidentlə bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB