Sabah günorta saatlarında Bakıda havanın temperaturu 27 dərəcəyə kimi yüksələcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Sentyabrın 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gecəyə doğru arabir güclənən mülayim şimal küləyi ilə əvəz olunacaq.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-21, gündüz 24-27 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində sentyabrın 20-də qərb rayonlarından başlayaraq, bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi güclənəcək, ayrı-ayrı dağlıq ərazilərdə güclənəcək .
Havanın temperaturu gecə 15-20, gündüz 24-29, dağlarda gecə 5-19, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB