Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bir ənənə olaraq əhalinin daha çox ehtiyaclı təbəqələrinə, əlillərə, ahıllara, tənha qocalara, valideyn himayəsindən məhrum olmuş uşaqlara, məhkumlara baş çəkir, onların vəziyyətini, problemlərini öyrənir. Ombudsman bu günlərdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində (CÇM) Səbail Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə iştirak edərək, ölkə Prezidentinin penitensiar sistemin inkişafı istiqamətində həyata keçirdiyi islahatlar barədə danışıb, məhkum qadınların da hüquqlarının müdafiəsinə və təbliğinə yönəlmiş mühüm tədbirlərin həyata keçirildiyini, bu sahədə Ombudsman təsisatının da səmərəli fəaliyyət göstərdiyini söyləyib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, E. Süleymanova bu görüşün hələ 1995-ci il 18 sentyabr tarixində Ümummilli Lider Heydər Əliyev tərəfindən rəsmiləşdirilmiş "Üzeyir musiqi günü"nə təsadüf etdiyini diqqətə çatdırıb, dahi bəstəkar Ü. Hacıbəylinin Azərbaycan musiqi sənətini dünyaya tanıtdığını, dünya musiqi xəzinəsini öz ölümsüz əsərləri ilə zənginləşdirdiyini qeyd edib.
Müvəkkilin təşəbbüsü ilə "Sülh aylığı"nın davam etdiyi, bu məqsədlə müxtəlif tədbirlərin həyata keçirildiyi bildirilib. Vurğulanıb ki, 1981-ci ildən BMT-nin qərarına əsasən, 21 sentyabr tarixi bütün dünya ölkələrində Beynəlxalq Sülh Günü kimi qeyd olunur. Torpaqlarının 20 faizini itirmiş, bir milyondan artıq qaçqın və məcburi köçkünü olan ölkəmizdə sülh mövzusunun xüsusi əhəmiyyət kəsb etdiyi önə çəkilib. Bu gün də Azərbaycanın haqq işini dünya ictimaiyyətinə, sülhsevər qüvvələrə çatdırmağın, nüfuzlu beynəlxalq təşkilatların diqqətini və səylərini Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəltməyin ən mühüm zərurət kimi qarşıda durduğu qeyd edilmişdir. Hər bir kəsin sülhün bərqərar olunmasında səy göstərməsinin vacibliyi diqqətə çatdırılıb.
Ombudsmanın 21 sentyabr-Beynəlxalq Sülh Günü münasibətilə dünya ictimaiyyətinə Müraciətinin nüfuzlu beynəlxalq qurumlara ünvanlandığı vurğulanıb.
Müvəkkilin fəaliyyətində məhkumların hüquqlarının müdafiəsinin mühüm yer tutduğu, bu qəbildən olan şəxslərin, həmçinin qadın məhkumların hüquqlarının təmin edilməsi vəziyyətini öyrənmək məqsədilə penitensiar müəssisələrə baxışlar keçirildiyi, saxlanılma şəraitinin, onlara qarşı münasibətin öyrənildiyi diqqətə çatdırılıb.
Ölkə Prezidenti tərəfindən 56 Əfv sərəncamının imzalandığı və 10 amnistiya aktının həyata keçirildiyi, fəaliyyət dövrü ərzində Ombudsmanın vəsatətləri ilə bu günədək 450-dək məhkumun, o cümlədən qadın məhkumların əfv edilərək azadlığa çıxdığı vurğulanıb. Müvəkkil məhkumlara islah olunmağı tövsiyə etmiş, onları cəmiyyətə, sağlam həyat tərzinə, doğma yurd yerlərinə qayıtmağa çağırıb.
E.Süleymanova körpəsi olan məhkum qadınlarla da görüşmüş, ana və uşaqların vəziyyətini, onların əhval-ruhiyyəsi, səhhəti, sağlıq durumunu öyrənib.
Tədbirdə 4 saylı CÇM-də və uşaq tərbiyə müəssisəsində saxlanılan hər bir məhkuma sovqatlar--milli yeməklər və yataq ağları paylanıb.
Müğənni Rəqsanə məhkumlar qarşısında anaları və vətən sevgisini tərənnüm edən mahnılar ifa edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB