Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində 3,0 bal gücündə zəlzələ baş verib. SİA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, zəlzələ Bakı vaxtı ilə saat 23:13:04-də qeydə alınıb. Yeraltı təkanların episentri Abşeron yarımadasının şimal sahillərində, ocağı isə 17 km dərinlikdə olub.

Zəlzələ hiss olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə