"Azərbaycan missionerlik üçün yer deyil". SİA-nın xəbərinə görə, bu sözləri Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Bakının Yasamal rayonunda dindarlarla keçirdiyi görüşdə çıxışı zamanı deyib. M. Qurbanlı qeyd edib ki, Azərbaycan dünyada İslam dünyasının bir hissəsi, İslam dininin yayıldığı ölkə kimi tanınıb və qəbul edilib: "Kim dini təbliğatla məşğul olmaq istəyirsə, bunu dünyəvi dinlərə malik olmayan xalqlar, tayfalar içərində aparsın. İslam dini arasında bölücülük yaratmaq istəyənlər faktiki olaraq İslama zərbə vurmaqla məşğuldurlar".
Dini mərasimlərin keçirilməsi məsələsinə toxunan komitə sədri vurğulayıb ki, ölkədə dini mərasimləri ancaq din xadimləri icra edə bilər: "Bu, dünyanın hər yerində belədir. "Dini etiqad azadlığı haqqında" qanunda aydın göstərilib ki, dini mərasimləri ancaq qeydiyyatı və icazəsi olan din xadimləri həyata keçirə bilərlər. Kimsə özünü din xadimi adlandırıb bu işi görürsə, özünü hansısa dini mərasimin başçısı elan edirsə bu, artıq qanun pozuntusudur. Dini ayinləri, dini mərasimləri yalnız qeydiyyatı olan din xadimləri keçirə bilər və keçirməlidirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB