Nəqliyyat kartı ilə taksilərdə də ödəniş etmək mümkün olacaq

Nəqliyyat kartı ilə taksilərdə də ödəniş etmək mümkün olacaq

2015-ci il martın 1-dən paytaxtda ictimai nəqliyyatda nağdsız ödəniş sisteminə tam keçid təmin olunacaq. SİA-nın xəbərinə görə, bu barədə Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə verdiyi açıqlamasında deyib.

M. Pənahov deyib ki, göstərilən tarixdən sərnişinlər paytaxtın bütün avtobus marşrutlarında gediş haqqını nəqliyyat kartları ilə ödəyəcəklər: "Həmin kartlarla Bakı metrosunda, gələcəkdə isə taksilərdə də ödəniş etmək mümkün olacaq. Hazırda metroda nəqliyyat kartlarından istifadənin mümkünlüyünü təmin etmək məqsədi ilə işlər həyata keçirilir. Hazırda ictimai nəqliyyatda elektron ödəniş sisteminin qaydaya salınması çərçivəsində bu prosesi nəzərdə tutulan müddətdə keyfiyyətli şəkildə təmin edə biləcək şirkətlərlə danışıqlar aparılır. Əvvəllər seçilmiş podratçılar yaranmış çətinliklərlə əlaqədar bu layihəni axıradək reallaşdıra bilməyiblər".

Bütün xəbərlər Facebook səhifəmizdə