Azərbaycana qar yağacaq PROQNOZ

Yaxın 3 gün ərzində Azərbaycanda əlverişsiz, qeyri-sabit hava şəraiti davam edəcək. Bu barədə SİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Məlumata görə, gecə saatlarında Böyük Qafqazın yüksək dağlıq ərazilərinə sulu qar və qar yağacağı gözlənilir. Sentyabrın 18, 19 və 20-də gecə saatlarında yağıntılar sulu qar və qar şəklində olacaq. Çünki havanın temperaturu ötən günlərlə müqayisədə xeyli - 10 dərəcəyə kimi enəcək. Qar insanların yaşadığı ərazilərə yağmayacaq.

Qeyri-sabit hava şəraiti sentyabrın ikinci ongünlüyünün sonuna kimi davam edəcək. Bu müddətdə ölkə ərazisinə yağıntılar düşəcək. Sabah günün ikinci yarısında - axşama doğru külək bir qədər mülayimləşəcək, şimal-şərq küləyinə keçəcək. Gün ərzində tutqun hava şəraiti rayonlarda və paytaxtda müşahidə ediləcək. Respublikanın rayonlarında yağıntılar intensiv olacaq. Bakıda və Abşeron yarımadasında da yaxın 2 gün ərzində fasilələrlə arabir yağış yağacağı ehtimal olunur. Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında temperatur 20-24 dərəcə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə