“Eko-Park”da iməcilik keçirilib

“Eko-Park”da iməcilik keçirilib

Neftçilər Günü ərəfəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsinin 80 nəfər əməkdaşının iştirakı ilə "Eko-Park" ərazisində iməcilik keçirilib. ARDNŞ-in mətbuat xidmətindən bildiriblər ki, iməcilikdə 100 ədəd Eldar şamı, müxtəlif gül kolları əkilib, 900-dən çox ağacın dibi yumşaldılıb. Ərazidə suvarma işləri aparılıb, sahələr alaq otlarından təmizlənib, eləcə də əkilmiş ağaclara müvafiq aqrotexniki qulluq göstərilib.

İdarə tərəfindən növbəti həftələrdə də iməciliklər keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə