Bu gün saat 22:00-dan etibarən Bakının "Azneft" dairəsindən Dövlət Bayrağı Meydanı istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azeryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. O bildirib ki, yolun bağlanması nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması qeyd olunan avtomobil yolunun hərəkət hissəsinin üfüqi nişanlanması ilə əlaqədardır.
O həmçinin deyib ki, sabah saat 9:00-da Lökbatan dairəsindən Ələt qəsəbəsi istiqamətində yolun hərəkət hissəsinin üfüqi nişanlanması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Eyni səbəbdən sabah saat 22:00-da Bibiheybət qəsəbəsindən Lökbatan dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB