Bu gün axşam saatlarından Bakıda küləyin güclənəcəyi ilə əlaqədar Dövlət Bayrağı Meydanında bayraq hava sabitləşənədək endiriləcək. Bu barədə SİA-ya Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu addım Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına əsasən atılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB