Mərkəzi küçələr bağlı olacaq DİQQƏT

Mərkəzi küçələr bağlı olacaq DİQQƏT

Bu gün Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azeryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib. O bildirib ki, axşam saat 22:00-dan etibarən Keykab Səfərəliyeva və Rixard Zorge küçələrində yolun hərəkət hissəsinin üfüqi nişanlanması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Onun sözlərinə görə, qeyd edilən işlərlə bağlı isə Aleksandr Puşkin küçəsi qismən bağlı olacaq.

Qeyd edək ki, yolun hərəkət hissəsinin üfüqi nişanlanması bir gün davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə