AIESEC Azərbaycan təşkilatı tələbə mübadilə proqramları həyata keçirir

AIESEC Azərbaycan təşkilatı tələbə mübadilə proqramları həyata keçirir

AIESEC Azərbaycan təşkilatı hər il yüzə yaxın tələbə mübadilə proqramları həyata keçirir. SİA-nın məlumatına görə, qarşıdan gələn təcrübə proqramları payız və qış aylarına təsadüf etdiyindən Global Citizen – Xaricdə könüllülük proqramı qiyabi tələbələr və universiteti yeni bitirmiş məzunlar üçün ən əlverişli təklifdi.

Təcrübə proqramları dünyanın hər yerindən təşrif buyurmuş gənclərdən ibarət komanda ilə müxtəlif rəngarəng layihələr vasitəsi ilə həyata keçirilir və 6 həftə davam edir. Payız və qış ayları üçün nəzərdə tutulan layihələr əsasən Şərqi və Mərkəzi Avropa, Asia, Afrika, Latın Amerikası ölkələrində keçiriləcək.

Təcrübə proqramlarında əsasən qalmaq və gündə 1 və ya 3 dəfə yemək qarşılanır layihədən asılı olaraq. Aviabilet və viza xərcləri iştirakçılar tərəfindən ödənilir.

Online ərizə formasını www.aiesec.az saytından əldə edə bilərsiniz. Əlavə suallar üçün [email protected] e-mail ünvanına müraciət edin, müraciət edərkən oxuduğunuz və ya bitirdiyiniz universiteti qeyd etməyi unutmayın.

Müraciət üçün son tarix 19 sentyabrdır. Qeyd edək ki, SİA tədbirin media tərəfdaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə