İtaliya mediası Bakı sammitindən yazdı

İtaliyanın "Europae" onlayn jurnalında Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramına daxil olan ölkələrin energetika nazirlərinin Bakıda keçirilən dördüncü qeyri-rəsmi görüşü ilə bağlı məqalə yerləşdirilib.

Tədbir haqqında ətraflı məlumat verilən məqalədə bildirilir ki, görüşdə enerji təhlükəsizliyi məsələsi əsas müzakirə mövzusu olub.

Müəllif son vaxtlar dünyada baş verən hadisələrin Avropanın enerji təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirdiyini yazır. Məqalədə Bakı görüşündə müzakirə olunan məsələlərin səmərəli nəticələr verəcəyinə əminlik bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə