"Kaspi" Liseyində "Kaspi" Təhsil Şirkətinin və "Kaspi" Liseyinin rəhbərliyinin valideynlərlə görüşü keçirilib. Tədbirdə "Kaspi" TŞ-nin təsisçisi Sona Vəliyeva, şirkətin direktoru Elnur Əliyev və "Kaspi" Liseyinin direktoru Tural Əliyev çıxış edib.
"Kaspi" TŞ-nin təsisçisi Sona Vəliyeva çıxışında bir daha "Kaspi" liseyinin strukturu, liseydə təbiq olunacaq tədris sistemi haqqında məlumat verib, şagirdlərin qidalanması və geyim qaydalarından söz açıb.
Tədbirin qeyri–rəsmi hissəsi isə ziyafət şəklində davam edib. Burada valideynlər uşaqların bir günlük qida menyusu ilə tanış olub, eyni zamanda onları maraqlandıran məsələləri həm öz aralarında, həm də Liseyin heyəti ilə müzakirə ediblər.







Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB