Ali Hərbi Məktəbdə yeni dərs ili açıldı

Ali Hərbi Məktəbdə yeni dərs ili açıldı

Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbində 2014-2015-ci təlim-tədris ilinin açılış mərasimi keçirilib. Bu barədə SİA-ya Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Mərasimdə çıxış edən Ali Hərbi Məktəbin rəisi, general-mayor İlqar Məmmədov yeni tədris ilinin açılışı münasibətilə şəxsi heyətə, pedaqoji kollektivə, eləcə də Ali Hərbi Məktəbə bu il daxil olmuş kursantlara daxili işlər nazirinin müavini, Daxili Qoşunların komandanı, general-mayor Şahin Məmmədovun təbrik və tövsiyələrini çatdırıb.

Qeyd edək ki, yeni tədris ilinin ilk dərsi Ali Hərbi Məktəbin rəisi tərəfindən keçirilib. DİN-in Daxili Qoşunlarının yaranma tarixi, formalaşma dövrü, Qarabağ savaşındakı qəhrəmanlıq nümunələri, o cümlədən qoşunların qarşısında duran vəzifələr barədə kursantlara ətraflı məlumatlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə