"Bakı Metropoliteni”ndən təbrik FOTOLAR

"Bakı Metropoliteni”ndən təbrik FOTOLAR

"Bakı Metropoliteni" QSC rəhbərliyinin göstərişi ilə metrostansiyalarında təbrik elanları yerləşdirilib. "Bakı Metropoliteni"nin mətbuat xidmətindin rəhbəri Nəsimi Paşayevin SİA-ya verdiyi xəbərə görə, 15 sentyabr "Bilik günü" ilə əlaqədar şagird və tələbələrə, həmçinin müəllimlərə müvəffəqiyyətlər arzu edən Metropoliten rəhbərliyi, onların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə bütün gücünü səfərbər edib.

Artıq qış qrafiki üzrə hərəkət təmin edilib. Xəttə 30 cüt qatar buraxılıb, intervallar isə 1,5-2,5 dəqiqə olaraq azaldılıb.

"Bakı Metropoliteni" QSC rəhbərliyi həmçinin şagird, tələbə və müəllimləri təbrik edib: "Zehniniz və yolunuz açıq olsun. Uğurlar!"

Bütün xəbərlər Facebook səhifəmizdə