Elçin Mirzəbəyli televiziyaları topa tutdu

Elçin Mirzəbəyli: “Bu adamların savadsız və istedadsız olduqlarını sübut etmək boynumun borcu olsun”
Elçin Mirzəbəyli televiziyaları topa tutdu

"TV-lərdən birində yayımlanan proqramın çəkilişində yaşanan və texniki cəhətdən doğru saymadığım bəzi detallar haqqında fikirlərim yanlış yerə yozulduğu və istifadə edildiyi üçün statusumu pozmalı oldum. Çox adi bir məsələ, çox səmimi bir tənqid ətrafında elə böyük bir ajiotaj yaradıldı ki, sanki dünya dağılacaq. Kiçik bir statusu sifariş kimi qələmə verdilər, bu işə heç bir aidiyyatı olmayan dostlarımın adını hallandırdılar. Sübuta yetirdilər ki, bir neçə cümləlik statusum ərsəyə gətirdikləri uzun-uzadı proqramlardan daha effektivdir".

Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ( BAXCP) sədr müavini Elçin Mirzəbəyli sosial şəbəkələrdə yazdığı statusda bildirib.

E. Mirzəbəyli savadsız televiziya işçilərini sərt şəkildə tənqid edib: "Qəribə işdir, bu ölkədə ən yüksək çinli məmurları tənqid etmək olur, amma hansısa TV-nin hansısa əməkdaşını yox. Kim bunları toxunulmaz elan edib? Bu adamların işi-peşəsi çalışdıqları TV-lərdə kompromat savaşı aparmaqdırsa, o zaman yaradıcılıqla nə vaxt məşğul olurlar? İndi bu kompramat savaşçılarının hazırladıqları verilişləri kadr-kadr təhlil edib bu adamların nə qədər istedadsız və savadsız olduqlarını sübuta yetirmək boynumun borcu olsun. Məxrəcdən çıxanları məxrəcə gətirmək də... Özünüz istədiniz".

Bütün xəbərlər Facebook səhifəmizdə