Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haydrun Tempel və bu ölkədən gələn rəsmi nümayəndələr Göygöl rayonunda səfərdə olublar. SİA-nın bölgə müxbiri xəbər verir ki, XVIII əsrdə almanlar tərəfindən inşa edilən, indi isə tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərən Lüteran kilsəsində keçirilən görüşdə qonaqlara məlumat verilib ki, bina öz arxitektura quruluşunu saxlamaqla əsaslı təmir olunub. Rayonun iki əsr əvvəl almanlar tərəfindən salınan 6 küçəsi əsaslı şəkildə yenidən qurulub. Daha sonra rayon musiqi məktəbinin şagirdlərinin ifasında səslənən musiqi nömrələri, alman dilində mahnılar, dünya bəstəkarlarının əsərləri böyük məmnuniyyətlə dinlənilib. Sonra qonaqlar rayonda yaşayan sonuncu alman Viktor Klaynin mənzilində olubar.
Qeyd edək ki, mənzildə xatirə muzeyinin yaradılması nəzərdə tutulub. Rayonun dövlət bayrağı meydanı ilə tanış olan qonaqlar buradan rayonun mənzərəsini seyr ediblər.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB