Bu gün saat 10-20 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 33-cü kilometrliyində yerləşən körpü təmir işləri başa çatdığından nəqliyyat vasitələrinin hərəkəti üçün istifadəyə verilib. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin SİA-ya verdiyi xəbərə görə, körpünün uzunluğu 6 metr, eni 8,5 metr olan bir aşırımlı körpüdə nəqliyyat vasitələrinin hərəkətinə qoyulan tam məhdudiyyət aradan qaldırılıb.
O bildirib ki, sözügedən körpü 1979-cu ildə inşa olunub. Təmirdən öncə körpünün uzunluğu 2,3 metr, eni isə 9 metr idi: "Bir aşırımlı körpü ağır təbiət hadisələrinin təsirindən, eyni zamanda dayaqlarında yuyulma və dayağın betonunda aşınma-dağılma olduğundan yararsız vəziyyətə düşmüşdü. İyun ayının sonunda körpü yararsız vəziyyətdə olduğundan nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanmışdı və onlara alternativ yol təklif olunmuşdu".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB