Gəncədə Azərbaycan Respublikası hökümətinin, Almaniyanın KFV bankı və İsveçrənin SECO təşkilatının birgə maliyyələşdirdiyi "Açıq Kommunal İnfrastruktur Proqramı" layihəsi çərçivəsində inşa edilən, Göygöl – Gəncə magistral su xəttinin açılışı olub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, açılış mərasimində çıxış edən baş nazirin müavini Abit Şərifov bildirib ki, Azərbaycanda həyata keçirilən içməli su təchizatı layihəsi prioritet məqsədlərdəndir. Layihəyəyə uyğun olaraq, Göygöl mənbəyində məhsuldarlığı saniyədə 200 l olan drenaj sistemi bərpa edilib. Həcmi 4000 kubmetr olan su anbarı inşa edilib və mənbədən şəhərə qədər 500 mm diametrli borularla 24,5 kilometr uzunluğunda magistral su kəməri çəkilib.
Qeyd edək ki, layihəyəyə uyğun olaraq, Gəncə şəhərində tikinti quruculuq işləri 2011-ci ildən başlanılıb və birinci mərhələdə su xətlərinin bərpası, magistral su xətlərinin çəkilişi nəzərdə tutulub.


İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB