Sentyabrın 11-13-də Bakıda keçirilən birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisi ilə bağlı məlumatlar Azərbaycan Respublikasının Misirdəki səfirliyi tərəfindən bu ölkənin bir neçə internet saytında yayılıb. SİA-nın xəbərinə görə, məlumatda sərgidə dövlət və hökumət rəsmilərinin, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçilərinin, bir sıra ölkələrin müdafiə nazirliklərinin nümayəndələrinin iştirak etdiyi bildirilib.
Həmçinin Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğal olunduğu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü qeyd edilib. Azərbaycanın müdafiə qüdrətinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən mühüm tədbirlərdən birinin məhz Müdafiə Sənayesi Nazirliyinin yaradılması olduğu vurğulanıb.
Xəbərlərdə "ADEX 2014" sərgisində dünyanın 34 ölkəsindən 200 şirkətin və rəsmi nümayəndə heyətinin iştirak etməsi də yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB