Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının 11-ci sinif şagirdi Murad Abasov və məktəbin məzunu Vüsalə Babayeva Almaniyanın Messkirx şəhərində keçirilən professor Tomislav Baynovun ustad dərslərinin iştirakçısı olub.
Musiqişünas Vəfa Həmidova azərtac-a bildirib ki, məktəbin digər şagirdi Firuzə Bəylərova isə İtaliyanın Neapol şəhərində məşhur pianoçu, professor Antonio Pompa-Baldidən dərs alıb.
Hər üç istedadlı gənc ifaçı respublika və beynəlxalq müsabiqələr laureatıdır. Prezident təqaüdçüsü olan bu ifaçıların adları "Qızıl kitab"a daxil edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB