Çexiyalı nazir müavininə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib

Çexiyalı nazir müavininə Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib

Bu gün Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov birinci Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak edən Çex Respublikası müdafiə nazirinin müavini Yakub Kulhanekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilib, hərbi-texniki sahədə əməkdaşlıq məsələləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə