Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi etimadnaməsini baş direktora təqdim edib

Azərbaycanın UNESCO-dakı daimi nümayəndəsi etimadnaməsini baş direktora təqdim edib

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov sentyabrın 11-də etimadnaməsini UNESCO-nun baş direktoru İrina Bokovaya təqdim edib. SİA-nın məlumatına görə, İ. Bokova A. Kərimovu UNESCO yanında daimi nümayəndə təyin olunması münasibətilə təbrik edib, UNESCO ilə Azərbaycan arasında olan səmərəli əməkdaşlığın məmnunluq doğurduğunu bildirib.

A. Kərimov UNESCO ilə əlaqələrin gücləndirilməsinin ölkəmiz üçün prioritet sahələrdən biri olduğunu deyib. O, bu əməkdaşlığın daha da inkişaf etməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın əvəzolunmaz rolunu qeyd edib.

Görüşdə Azərbaycanla UNESCO arasındakı əməkdaşlığın gələcək perspektivləri və birgə layihələr ətrafında müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə