Nəqliyyat Nazirliyi iş rejimini dəyişir

Nəqliyyat Nazirliyinin strukturları yeni tədris ilinin başlanması ilə əlaqədar sentyabrın 15-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Nazirlikdən SİA-ya verilən məlumata görə, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları marşrut avtobuslarına nəzarəti daha da gücləndirəcəklər.

Qurum sərnişinləri qarşılaşdıqları hər hansı problemlə, eləcə də irad və təkliflərlə bağlı "Qaynar xətt"ə (431-74-37, 561-76-28 (29)) müraciət edə bilərlər. Bütün şikayət və müraciətlərə operativ reaksiya veriləcək. Lazım gəldikdə, xəttə ehtiyat avtobuslar buraxılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə