Zakir Həsənov İran, Koreya və Fransa nümayəndələri ilə görüşüb FOTOLAR

Zakir Həsənov İran, Koreya və Fransa nümayəndələri ilə görüşüb FOTOLAR

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi - "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikası Müdafiə Sənayesi Təşkilatının baş direktoru, briqada generalı Qasım Tağızadənin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı regional təhlükəsizlik və ölkələrimiz arasında hərbi sahədə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.

Z. Həsənov "Bakı Expo" Mərkəzində "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Koreyanın Müdafiə Təminatı Proqramı Administrasiyasının nazir müavini Kim Çul Sunu qəbul edib. Görüş zamanı regiondakı vəziyyət və ölkələrimiz arasında hərbi-texniki sahədə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

Z. Həsənov "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransanın Silahlandırma Baş İdarəsinin Beynəlxalq inkişaf direktoratlığının rəisi, general Stefan Rebin rəhbərlik etdiyi nümayəndə heyətini də qəbul edib. Görüş zamanı Azərbaycan və Fransa arasında qarşılıqlı maraq doğuran hərbi və hərbi-texniki məsələlərə dair fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə