BŞGİB birincilərə məktəb ləvazimatları payladı FOTO

BŞGİB birincilərə məktəb ləvazimatları payladı FOTO

12 sentyabr 2014-cü il tarixdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən 2014-2015-ci tədris ilində ilk dəfə məktəbə gedən aztəminatlı ailələrdən olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatlarının verilməsi ilə bağlı tədbir keçirilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov ilk növbədə bu il Bakı şəhərində məktəbə gedən bütün uşaqları salamlamış, onlara gələcək dərslərində müvəffəqiy yət arzulayıb. Aydın Yusifov çıxışında onu da bildirib ki, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi artıq 8 ildir ki, ilk dəfə məktəbə gedən aztəminatlı, sosial müdafiəyə ehtiyacı olan, valideyn himayəsindən məhrum olan uşaqlara məktəbli çantası və məktəb ləvazimatları verilmiş və gələcəkdə də bu kimi tədbirlərin həyata keçiriləcəyini vurğulayıb. Tədbirdə Bakı şəhərində yaşayan aztəminatlı və valideyn himayəsindən məhrum olmuş 150 nəfər ilk dəfə məktəbə gedən uşaqlara Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən məktəbli çantası və məktəb ləvazimatları paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə