Azərbaycan beynəlxalq toplantıda təmsil olunacaq

Azərbaycan beynəlxalq toplantıda təmsil olunacaq

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərliyi altında ASK-nın bir qrup əməkdaşları sentyabrın 10-dan 14-dək Polşanın Varşava şəhərində səfərdə olacaqlar. ASK-ın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həmin səfər İşəgötürənlər İttifaqları Beynəlxalq koordinasiya Şurasının 5-ci toplantısında və Beynəlxalq İşəgötürənlər Təşkilatının Avropa və Orta Asiya üzv ölkələrin illik toplantısında iştirak etmək məqsədlərindən irəli gəlib.

Diqqət çəkən həmin toplantıda 30 yaxın ölkənin İşəgötürənlər təşkilatlarının, Polşa iqtisadiyyat və əmək və sosial siyasət nazirləri, Beynəlxalq Əmək Təşkilatının Yüksək rütbəli nümayəndələri iştirak edirlər.

Dünyada baş verən sosial iqtisadi inkişaf, yaranan problemlər, işəgötürənlərin bazar iqtisadiyyatında rolu və s. qlobal məsələlər toplantının əsas predmeti olub. Üçtərəfli sosial iqtisadi şuraların fərqli modelləri və iş mexanizmlərinə dair fikir mübadilələri maraq doğurub. Bununla bərabər, əmək təhlükəsizliyinin təmin olunması və korporativ sosial məsuliyyət sahəsində də ən son beynəlxalq təcrübələr müzakirə olunub.

ASK-nın prezidenti toplantıda çıxış edərək ölkədə uğurla həyata keçirilən islahatlardan ətraflı söhbət açmış, bu ilin iyul ayından imzalanmış Baş Kollektiv saziş və onun əhəmiyyəti barədə ətraflı məlumat verib. O, Azərbaycan Respublikasının ərazisinin 20 faizdən çoxunun işğal altında olmasına baxmayaraq, ölkənin iqtisadi uğurlarından, Beynəlxalq Hesabatlarda qabaqcıl yerdə olmasından söz açaraq, xarici investorları ölkəmizə dəvət edib.

Tədbir zamanı Norveç, Xorvatiya, Latviya, Türkiyə, Avstriya və s. ölkələrin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər aparılmış, birgə layihə imkanlarına dair maraqlı fikirlər irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə