YAP GB-də seminar keçirilib FOTOLAR

YAP GB-də seminar keçirilib FOTOLAR

YAP Gənclər Birliyinin ofisində "Ekologiyasız Həyat Yoxdur" adlı layihəsinin ikinci seminarı keçirilib. Birlikdən SİA-ya verilən xəbərə görə, YAP Gənclər Birliyinin Layihələr üzrə koordinatoru Leyla Kərimova layihənin ikinci seminar proqramı haqqında gənclərə məlumat verib.

Daha sonra Ekspert, Ekologiya İdarəsinin Texniki İstehsalat şöbəsinin mühəndisi Roman İsayev "ARDNŞ fəaliyyəti" , "Ətraf mühitin vəziyyətinin öyrənilməsi", "Neftlə çirklənmiş torpaqların təmizlənməsi" , "Tullantıların idarə olunması" , "Yaşıllaşdırma işləri" , "Eko-Park" layihəsi və s. mövzuları ətrafında gənclərlə müzakirə aparıb.

Qeyd edək ki, 12 sentyabr tarixində gənclər üçün ekoloji tur təşkil ediləcək.

Məlumat üçün bildirək ki, layihə "AZӘRBAYCAN - 2020: GӘLӘCӘYӘ BAXIŞ" İNKİŞAF KONSEPSİYASI"- nın 11-ci bəndindəki " Ətraf mühitin qorunması və ekologiya məsələləri" əsas tutaraq icra ediləcək. Məhz ona görə də YAP Gənclər Birliyi sentyabr ayını "Ekologiya ayı" elan edərək ekoloji layihələr həyata keçirəcək. Bir ay boyunca hər həftənin 5–ci günü təlimlər və 6-ci günü isə ekoloji turlar təşkil ediləcək. Sentyabrın 30-na qədər davam edən layihə çərçivəsində iştirak edən gənclər sonda bağlanış mərasimində sertifikatla təltif olunacaqlar. Layihənin sonunda eyni zamanda videçarxda hazırlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə