Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli, 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı" nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət planı"nın müvafiq bəndləri ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə edilmiş tədbirlərin həyata keçirilməsinin təmin edilməsi məqsədilə Komitənin sədri cənab Qərib Məmmədov tərəfindən müvafiq əmr imzalanıb. Komitənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, əmrə əsasən "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın 1.1-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İnformasiya texnologiyaları, mətbuat və beynəlxalq əlaqələr sektorunun aparıcı məsləhətçisi Səbuhi Qəhrəmanov Komitənin informasiya azadlığı üzrə məsul şəxsi müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...