Bir neçə gün bundan öncə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) rəsmi açıqlama yayaraq yas mərasimlərində israfçılığın əleyhinə olduğunu bildirmişdi. Yas mərasimlərinin sadə şəkildə təşkil olunmasının vacibliyindən yazan QMİ-nin rəsmi vebsaytında bu haqda ictimaiyyətə də müraciət etmişdi. Amma ictimaiyyətdən də əvvəl QMİ-nin sözlərini daha tez eşidə biləcək yerlər var. Məsələn, Təzə Pir məscidi. Bir neçə gün öncə Təzə Pir məscidindəki verilən ehsan israfçılığı yas mərasimindən daha çox şah nəvəsinin toyunu xatırladırdı. Bəs QMİ sözünü Təzə Pir Məscidinə keçirə bilmirsə, internet saytları guya səhv məlumatlar yayamaqda ittiham etməsi nə dərəcədə ciddi görünür? Və ya illərdir ki, dövlətçilik əleyhinə fəaliyyət göstərən kütləvi informasiya vasitəsilərini bütün tədbirlərinə dəvət edən QMİ nə üçün amalı, məramı dövlətə xidmət etmək olan informasiya agentliyini, internet televiziyanı öz tədbirlərinə dəvət etmir?
Yeri gəlmişkən, QMİ tərəfindən imam və axundların vahid geyim formasının tətbiq olunması, israfçılıq tövsiyəsi kimi havada qalmayacaq. Ən azından QMİ-nin mətbuat katibliyi də adi bir "JEK"-də deyil, QMİ-də fəaliyyət göstərdiyinin məsuliyyətini dərk edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB