Sürücülərə şad xəbər! yol açıldı

Sürücülərə şad xəbər! yol açıldı

Bakıda təmirə bağlanan mərkəzi küçələrdən birində nəqliyyat vasitələrinin hərəkətinə olan məhdudiyyət aradan qaldırılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən SİA-ya verilən məlumata görə, Bülbül prospekti - 28 May küçəsi kəsişmədən Zərifə Əliyeva küçəsinin kəsişməsinə kimi olan hissəsi təmirdən sonra sürücülərin istifadəsinə verilib.

Qeyd edək ki, Bülbül prospekti avqustun 15-dən təmirə bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə