Mübariz Qurbanlı Qubada qəbul keçirəcək

Mübariz Qurbanlı Qubada qəbul keçirəcək

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 16 sentyabr 2014-cü il tarixində, saat 11:00-da Quba şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün açıq qəbul keçirəcək. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qəbulda Quba ilə yanaşı, Qusar, Xaçmaz, Şabran, Siyəzən rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şimal bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə