Azərbaycan EA təşkilatına üzv olmaq üçün müraciət edib

Azərbaycan EA təşkilatına üzv olmaq üçün müraciət edib

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) Akkreditasiya üzrə Avropa Əməkdaşlığı (EA) təşkilatına assosiativ (müxbir) üzv olmaq üçün müraciət edib. Komitədən SİA-ya verilən məlumata görə, hal-hazırda müraciətə bu təşkilatda baxılmaqdadır.

EA-ya assosiativ üzv qismində qoşulmaq hüququna Avropa İttifaqına potensial namizəd ölkələrin və ya Avropa İttifaqı Qonşuluq Siyasətinin şamil olunduğu ölkələrin akkreditasiya orqanları malikdir.

Akkreditasiya üzrə Avropa Əməkdaşlığı təşkilatı 1997-ci ildən fəaliyyət göstərir. Rəsmi Avropa akkreditasiya qurumu qismində yaradılmış EA tanınmış milli akkreditasiya orqanlarının şəbəkəsidir. Bu status 9 iyul 2008-ci il tarixli Avropa Parlamenti və Avropa İttifaqının Şurasının qəbul etdiyi 765/2008 nömrəli Reqlamentlə müəyyən edilib. 21 may 2009-cu il tarixində Avropa İttifaqının rəsmi jurnalında Avropa Komissiyası, Avropa Azad Ticarət Zonası, EA və milli orqanlar arasında əməkdaşlığın prinsip və məqsədlərini müəyyən edən rəhbər sənəd nəşr edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə