Dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndiriləcək

Dövlət qulluqçularının xidməti fəaliyyəti qiymətləndiriləcək

"Azərbaycanda dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılacaq". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Komissiyasının sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, proses ilin sonuna kimi başlanılacaq: "Dövlət qulluqçularının xidməti fəaliyyətlərinin qiymətləndirilməsinə dair qaydalar bu il təsdiq edilib. Artıq həmin qaydalar bütün dövlət orqanlarına göndərilib. Bununla bağlı rəhbər işçilər üçün bir sıra təlimlər keçirilib və bu təlimlər bundan sonra da davam edəcək".

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə