Səbəb təmir işlərinin aparılmasıdır
Azərbaycandan Rusiya Federasiyasına təbii qazın nəqlinin dayandırılması şimal rayonlarının qaz sistemlərində təmir işlərinin aparılması ilə əlaqədardır. Bunu jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.
ARDNŞ-in prezidenti bildirib ki, ölkədəki qaz sistemlərinin bir çoxu köhnəlib. Məqsəd qış mövsümünə qədər şimal rayonlarını qazla təmin edən sistemlərin təmirini başa çatdırmaqdır. "Biz şimal regionunda qazlaşmanı artırırıq. Artıq Qusar rayonunun ucqar kəndlərinə təbii qazın çatdırılması işlərinə başlanılıb" – deyə R. Abdullayev vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB