YAP GB-da "Ekologiyasız Həyat Yoxdur" layihəsi təqdim olunub FOTOLAR

YAP GB-da "Ekologiyasız Həyat Yoxdur" layihəsi təqdim olunub FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) ofisində "Ekologiyasız Həyat Yoxdur" adlı layihəsinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov layihə iştirakçılarını salamlayaraq, layihənin uğurlu olacağını gənclərin diqqətinə çatdırıb.

Seymur Orucov bu cür tədbirlərin ənənəvi olduğunu qeyd edib: "YAP GB-nin ofisində hər dəfə, məhz gənclərimiz üçün maraqlı layihələr təşkil edirik və bu da gənclərimizin maariflənməsinə müsbət tövhə vermiş olur".

Layihə rəhbəri Leyla Kərimova qeyd edib ki, layihə "Azərbaycan-2020: Gələcəyə Baxış inkişaf konsepsiyası"nın 11-ci bəndindəki "Ətraf mühitin qorunması və ekologiya məsələləri"ni əsas tutaraq icra ediləcək. Məhz ona görədə YAP Gənclər Birliyini sentyabr ayını "Ekologiya ayı" elan edərək ekoloji layihələr həyata keçirəcək. Bir ay boyunca hər həftənin 5-ci günü təlimlər və 6-cı günü isə ekoloji turlar təşkil ediləcək. Sentyabrın 30-na qədər davam edən layihə çərçivəsində iştirak edən gənclərə layihənin sonunda sertifikatlar veriləcək. Bununla yanaşı, layihənin sonunda videoçarx da hazırlanacaq".

Digər qonaqlar da çıxış edərək mövzu ətrafında müzakirələr aparıblar.

Məlumat üçün bildirək ki, layihədə ekspert qismində ARDNŞ-nin Ekologiya İdarəsinin Xarici Əlaqələr Şöbəsinin rəisi Anar Hüseynov, Nazirlər Kabinetinin aparıcı məsləhətçisi Rövşən Məmmədov, Beynəlxalq araşdırmaçı və təlimçi Rəvan Eyyubov, ekspert Roman İsayev və gənclər iştirak ediblər.

Qeyd edək ki, iki gün davam edəcək təlimin sonunda gənclər üçün ekoloji tur təşkil ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə