YAP Nizami rayon təşkilatı aztəminatlı ailələrin övladlarını sevindirdi FOTO
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının qərargahında yeni dərs ili ilə əlaqədar aztəminatlı, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrin nümayəndələri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qarşıdan gələn Bilik Günü münasibətilə valideynləri və şagirdləri təbrik edib. O bildirib ki, rayon təşkilatı ənənəvi olaraq hər il Bilik Günü ərəfəsində rayonda yaşayan aztəminatlı, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrin nümayəndələri ilə görüşür, onların övladlarına məktəb çantası və ləvazimatları hədiyyə edir.
Sədaqət Vəliyeva bu humanitar aksiyanın Ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə keçirildiyini bildirib: "Ulu öndərimiz daim imkansız ailələrə kömək etməyi tövsiyə edirdi. Biz bu tövsiyəyə sadiq qalaraq hər zaman belə insanlara diqqət göstərməyi özümüzə borc bilirik. Partiyamız daim humanizm mövqeyindən çıxış edərək bu cür tədbirləri gələcəkdə də davam etdirəcək. Məktəbdə gənc nəslə Vətəni, xalqı, valideynləri sevmək öyrədilir. Çalışın ki, hər biriniz Vətənə layiqli övlad olasınız. Bunun üçün isə yaxşı oxumaq lazımdır".
Valideynlər isə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və xanımı Mehriban Əliyevaya, eyni zamanda Yeni Azərbaycan Partiyasının rəhbərliyinə minnətdarlıq ediblər.
Sonda bu il 1-3-cü siniflərə gedəcək 140-dan artıq uşağa məktəb çantası və ləvazimatları, bəzi imkansız ailələrin övladlarına məktəbli forması da hədiyyə olunub.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB