Vaqif Əsədov: “Bu təkcə yol polislərinin işi deyil, valideynlərin də üzərinə məsuliyyət düşür”

Vaqif Əsədov: “Bu təkcə yol polislərinin işi deyil, valideynlərin də üzərinə məsuliyyət düşür”

Daxili İşlər Nazirliyinin rəhbərliyinin müvafiq göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabrın 10-dan oktyabrın 10-dək respublika ərazisində "Diqqət, uşaqlar!" adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

Təhlükəsizlik aylığının keçirilməsinin əsas məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılmasıdır.

Bakı Şəhər Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov SİA-ya açıqlamasında bildirib ki, bu ilin əvəlindən bu günə kimi bu istiqamətdə ölkə üzrə 63 nəfər dünyasını dəyişib, 145-i isə yaralanıb: "Bu, artıq həyəcan siqnalının verilməsi deməkdir. Bu təkcə yol polislərinin işi deyil, valideynlərin də üzərinə məsuliyyət düşür. Məhz bu məqsədlə hər il sentyabrın 10-dan oktabyarın 10-dək "Diqqət uşaqlar!" adlı altında təhlükəsizlik aylığının keçirilməsi nəzərdə tutulub ki, bu aylıq çərçivəsində mütəmadi olaraq uaqlarla görüşlər təşkil edilir, "Yol hərəkəti qaydaları uşaqların gözündə", "Sürət yolu yox, ömrü qısaldır", "Öyrən əməl et, öyrət tələb et", "Keç yeraltı keçiddən, uzaq ol, təhlükədən" və sairə bu tip şüarlarla məktəblilər arasında sistemli maarifləndirmə işləri aparılır".

Bütün xəbərlər Facebook səhifəmizdə