Azərbaycan idmançıları "Köçərilərin I Ümumdünya Oyunları"nda iştirak edirlər
Sentyabrın 9-da Qırğız Respublikasının Çolpon-ata şəhərində "Köçərilərin I Ümumdünya Oyunları"nın açılış mərasimi keçirilib. Açılış mərasimindən əvvəl Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin adından Ümumdünya oyunlarında iştirak edən ölkələrin nümayəndə heyətlərininin şərəfinə rəsmi ziyafət təşkil olunub.
Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov və KİVDF-nin icraçı direktoru Vüqar Səfərli ziyafətdə iştirak ediblər. Türkiyə, Qazaxıstan, Qırğızıstan, Rusiya, ABŞ, Əfqanıstan, Avstriya, Monqolustan, Almaniya, İsveç və digər ölkələrin qatıldığı bu möhtəşəm etno-idman və turizm tədbirində ölkəmizi 30-dan çox idmançı təmsil edir.
Qırğız Respublikasının təbiət incisi olan İsikul gölünün sahilində on minlərlə tamaşaçının iştirakı ilə keçirilən aşılış mərasimində Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, yarışların tarixi əhəmiyyətindən danışıb. O, qloballaşan dünyada xalqların bir-birinə daha da yaxınlaşması üçün idman yarışlarının bu formatının əhəmiyyətini xüsusi diqqətə çəkib, belə tədbirlərin hər il keçirilməsi zəruriliyini vurğulayıb.
Prezident A.Atambayev "Köçərilərin I Ümumdünya Oyunları"nın keçirilməsi təşəbbüsünə böyük dəstək verdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Türkiyə və Qazaxıstan Respublikasının prezidentlərinə xüsusi təşəkkürünü bildirib. Açılış mərasimində iştirakçı ölkələrin idmançıları təntənəli marş sədaları altında tribunanın önündən keçıblər.
Milli komandaların yarışları sentyabın 15-dək davam edəcəkdir.

.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB