Nuşirəvan Məhərrəmli: "Rəqəmsal yayıma keçmək üçün son müddət 2015-ci ilin yayıdır”

"Azərbaycan rəqəmsal yayımla bağlı bütün məsələləri həll edib". SİA-nın verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli söyləyib. O bildirib ki, Azərbaycan ərazisi artıq rəqəmsal yayımla əhatə olunub: "Bununla bağlı hər hansı problemimiz yoxdur. Sadəcə, analoq yayımın dayandırılmasına tələsmirik. Çünki bizim əsas məqsədimiz əhalinin rahatlığıdır. Əks halda analoq yayımın dayandırılması bizim üçün problem deyil. İstənilən vaxt bunu dayandıra bilərik. Biz istəyirik ki, bu məsələ tədricən həyata keçirilsin və əhali yavaş-yavaş dekoderlər alıb, televiziya kanallarına baxa bilsinlər. Onu da diqqətinizə çatdırım ki, rəqəmsal yayıma keçmək üçün son müddət 2015-ci ilin yayıdır. Biz artıq öz işimizi görmüşük, televiziya kanallarının rəqəmsal yayıma keçməyə hazır olub-olmamaları isə onların problemidir".

Bütün xəbərlər Facebook səhifəmizdə